Azərbaycan Ordusu Türkiyə modelinə uyğunlaşdırılır: Zakir Həsənov
Daxili siyasət
31.08.2024 02:34
Azərbaycan
Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar
atılır.
TodayPress xəbər verir ki, bunu Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə keçirilən tədbirdə deyib.
O, bayram
münasibətilə Prezident İlham Əliyevin təbriklərini çatdırıb.
Nazir qeyd edib
ki, ordu quruculuğu sahəsində bu gün ardıcıl birgə tədbirlər keçirilir:
"Bu
tədbirlər davam edəcək. Birgə fəaliyyətimiz bölgədə sülh və sabitliyin
qorunmasına xidmət edir. 44 günlük müharibə dövründə Azərbaycan xalqı
Türkiyənin dəstəyini tam hiss edib".
Nazir vurğulayıb
ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. O
xatırladıb ki, Vətən müharibəsi başlayan ilk gündən Azərbaycan xalqı Türkiyənin
haqq işimizə dəstəyini hiss etdi:
“Həmin dövrdə
Türkiyənin siyasi və mənəvi dəstəyi iki ölkə arasında birliyin nümunəsidir.
Hazırda Azərbaycan Türkiyə əlaqələri Şuşa Bəyannaməsinə əsasən, müttəfiqlik
münasibətlərinə söykənir. İki ölkə orduları arasında qarşılıqlı etibar
birliyimizi möhkəmləndirir. Bölgədə sülh və sabitliyin qorunmasına,
xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Tətbiq olunan yeni
texnologiyalar ordumuzun əməliyyat imkanlarını artırıb".
tag: Azərbaycan,Türkiyə, Zakir Həsənov, İlham Əliyev, todaypress.az,