"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi" yaradıldı
Daxili siyasət
07.11.2024 20:40
Prezident İlham Əliyev "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin" yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Fərman imzalayıb.
TodayPress xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs yaradılıb.
“Azərbaycan
Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə
veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat
cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı” təsdiq edilib.
Müəyyən edilib
ki:
“Azərbaycan
Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs (bundan sonra –
Holdinq) idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan
təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin (bundan sonra – dövlət
müəssisələri) vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi,
rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində
fəaliyyət göstərən publik hüquqi şəxsdir;
Holdinqin
fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor
həyata keçirir;
Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, bu Fərmanın
2-ci hissəsinə əsasən idarəetməsinə veriləcək dövlət müəssisələrinin Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna
səlahiyyətinə aid edilmiş məsələləri Holdinq Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla həll edir;
Holdinqin
Müşahidə Şurası:
idarəetməsinə
verilmiş dövlət müəssisələrinin gəlirlər və xərclər smetalarını təsdiq edir;
idarəetməsinə
verilmiş dövlət müəssisələrinin fəaliyyətindən əldə olunmuş vəsait üzərində
sərəncam verir;
idarəetməsinə
verilmiş dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların
səmərəlilik göstəricilərinin təhlili əsasında qiymətləndirir, eləcə də gəlirlər
və xərclər smetalarının icrası üzrə monitorinq aparır;
idarəetməsinə
verilmiş dövlət müəssisələrinin müşahidə şuralarının üzvləri, o cümlədən
onların rəhbərləri Holdinqin Müşahidə Şurası tərəfindən (icra orqanının
rəhbərini Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi qurumlara
münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla)
vəzifəyə təyin və vəzifədən azad edilir;
Holdinqin
nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət
müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.
Holdinqin
fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən
maliyyələşdirilir:
idarəetməsinə
verilmiş dövlət müəssisələrinin Holdinqə ödədikləri vəsait hesabına (hər bir
müəssisə üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş
məbləğdə və qaydada);
qanunla qadağan
olunmayan digər mənbələrdən.
Holdinqin
təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
Azərbaycan
Respublikasının Prezidentinə:
nizamnaməsinin
təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların
dəyişdirilməsi;
idarəetmə
orqanlarının yaradılması;
Müşahidə Şurası
üzvlərinin (o cümlədən sədrinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
icraçı
direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Holdinqin ləğvi
və yenidən təşkili;
Holdinqə:
bu Fərmanın
5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi
şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
Holdinqin
yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı
təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
Holdinqin
dövlət qeydiyyatına alınması üçün nizamnaməsi təsdiq edildiyi tarixdən üç gün
müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
bu Fərmandan
irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
“Azərbaycan
Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin
Nizamnaməsinin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
bu Fərmandan
irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
tag: Azərbaycan, Holdinq, Nəqliyyat, AZCON, İlham Əliyev,