Azərbaycan DİN ilə Özbəkistan Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş təsdiqləndi
Daxili siyasət
25.10.2024 11:23
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fəraman imzalayıb.
TodayPress xəbər verir ki, fərmana
əsasən, 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli
Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini
təmin etməlidir.
Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi
barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.
tag: Prezident, İlham Əliyev,Azərbaycan, Özbəkistan , todaypress.az,