Azad olunan ərazilərdə daha 138 mina aşkarlandı

Daxili siyasət

10.03.2025 12:15

1788

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

Bu barədə TodayPress-ə ANAMA-dan məlumat verilib. 

Martın 3-dən 9-nadək azad edilən ərazilərdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 48 mina və 605 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 1365.3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

tag: ANAMA, Mina, PHS, Xankəndi, Xocalı, Xocavənd, todaypress.az,