Ayxan Hacızadə: Fransa XİN başçısının anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edirik
Daxili siyasət
26.01.2025 00:55
Azərbaycan Xarici İşlər Nazirliyinin
mətbuat katibi Ayxan Hacızadə Fransanın XİN başçısı Jan-Noel Barroya cavab
verib.
TodayPress xəbər verir ki, bu barədə xarici siyasət
idarəsinin sözçüsü
“Fransanın xarici işlər naziri Jan-Noel Barronun
Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi
Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini
ört-basdır etmək cəhdidir.
Məhz Fransa həmişə regional məsələlərə qarışmış və
Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi
pozmağa çalışmışdır” o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, “Bakı Təşəbbüs Qrupu
Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini
ictimaiyyətə çatdırmağı hədəfləyir”: “Bu cür qrupların işini gözdən salmaq
cəhdləri dekolonizasiya prosesini zəiflədir”.
“Keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin öldüyü
və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı
repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın
xarici siyasət strategiyasının nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirir.
Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq
təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat
aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə
etməsi mənasızdır və heç bir nəticə verməyəcək.
Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını
qətiyyətlə rədd edir və pisləyirik” o vurğulayıb.
tag: Ayxan Hacızadə ,XİN, Azərbaycan, Fransa, todaypress.az,