Ayxan Hacıyev: Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılandı
Daxili siyasət
02.10.2024 05:23
ABŞ
dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi
Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin “Dağlıq Qarabağda
beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını
nəzərdən keçirməkdə davam etdiyi” barədə fikirlərinin əks olunduğu 1 oktyabr
tarixli bəyanatı təəccüb doğurur.
TodayPress xəbər verir ki, bunu Xarici
İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ dövlət katibinin
demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin 1 oktyabr
tarixində Varşava İnsan Ölçüsü Konfransındakı bəyanatına dair şərhində
bildirib.
Maraqlıdır ki, Azərbaycan
ərazilərinin hərbi işğalı zamanı Ermənistan tərəfindən törədilmiş bəşəriyyətə
qarşı irimiqyaslı cinayətlər və azərbaycanlılara qarşı qırğınlara baxmayaraq,
ABŞ tərəfi beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının
vacibliyinə yalnız indi istinad edir. 30 ilə yaxın müddətdə Ermənistanın bu
cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb.
Əgər ABŞ tərəfi qərəzsizlik
və ədalətli mövqe nümayiş etdirmək istəyirsə, ilk növbədə Ermənistanın
indiyədək törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını, günahkarların qanun
qarşısında cavab verməsini tələb etməlidir.
Əks halda, bu, beynəlxalq
ictimaiyyəti çaşdırmaq, Ermənistanın təcüvüzü zamanı yüz minlərlə
azərbaycanlının əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından
diqqət yayındırmaq məqsədi güdən erməni təbliğatı nəticəsində verilən
birtərəfli bəyanatdan başqa bir şey deyil.
tag: Ayxan Hacıyev, XİN, Varşava, ABŞ, todaypress.az,