Ali Baş Komandan Xankəndidə görülən işlərlə tanış oldu - FOTOLAR - YENİLƏNDİ

Daxili siyasət

05.07.2024 16:45

İyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub. TodayPress xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.

Qeyd edilib ki, hotel ötən əsrin ortalarında istifadəyə verilib. 2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıb. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb.

Bildirilib ki, hotelin keçmiş adı da qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərəcək. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Hotelə yaxın olan ərazidə abadlıq işləri də görülüb.

***

Prezident İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib. TodayPress xəbər verir ki, dövlət başçısına hoteldə yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, hoteldə müxtəlif tipli 54 otaq var. Burada ən müasir iaşə məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. Bundan başqa, burada səhər yeməyi restoranı, “Şirin Coffee & Bakery”, “Cafe Park-Fast Food” və “Dəfnə” restoranları fəaliyyət göstərəcək. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb. Xankəndinin mərkəzində yerləşən “Palace” otelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.

***

Prezident İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub. TodayPress xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev ali təhsil ocağında görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Bildirilib ki, universitet binasının fasadında rəngləmə işləri aparılıb. Universitetin ərazisində geniş abadlıq işləri görülüb. Binanın qarşısındakı park sökülərək müasir tələblərə uyğun yeni park salınıb. Qeyd edilib ki, ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq.

Qarabağ Universitetinin loqo, brendinq və promo məhsullarının, sosial media strategiyasının, tanıtım videoçarxlarının hazırlanması istiqamətində işlər davam etdirilir.

Diqqətə çatdırılıb ki, Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk) ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaq.

***

Prezident İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. TodayPress xəbər verir ki, dövlətimizin başçısına layihə barədə məlumat verilib.

Bildirilib ki, Konqres Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetr, tikintialtı sahəsi isə 2 min kvadratmetrə yaxın olacaq. Mərkəzin dörd mərtəbədən və bir zirzəmi qatından ibarət binasında müxtəlif tədbir və ziyafətlərin keçirilməsi üçün zallar olacaq. Burada əyləncə və istirahət üçün idman zalı, qapalı hovuz və SPA zonası da yaradılacaq.

Dövlət başçısına Konqres Mərkəzi ilə bir kompleksdə yer alan “Xankəndi” hotelinin layihəsi barədə də məlumat verilib. Qeyd edilib ki, hotelin ümumi sahəsi 3800 kvadratmetr, tikintialtı sahəsi isə 900 kvadratmetrdir. Hoteldə müxtəlif tipli 105 otaq olacaq. Bundan başqa, burada ən müasir iaşə məkanları da yaradılacaq. Binanın birinci mərtəbəsində “Lobby Lounge & Terrace” restoranı fəaliyyət göstərəcək.

Dövlətimizin başçısı Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.

***

09.36

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.

tag: Azərbaycan, Prezident, İlham Əliyev, Xankəndi, todaypress.az,

photo
photo
photo
photo