Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclisə müraciət edəcək
“Komitə gender bərabərliyinin qorunması ilə bağlı Milli Məclisə növbəti dəfə müraciət edəcəyik. Bu, məişət zorakılığı ilə mübarizəyə böyük töhfə verəcək”.
TodayPress xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclasında deyib.
O diqqətə çatdırıb ki, “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun 30 nəfərdən ibarət heyəti artıq müəyyən olunub.
Töhfə Səməd
tag: Komitə,Milli Məclis,İclas,Zorakılıq,Todaypress.az,