Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salındı
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
TodayPress xəbər verir ki, bu, yenidən qurulan Həsənriz kəndinə köçürülmənin 4-cü mərhələsidir.
Bu mərhələdə kəndə 20 ailə (68 nəfər) köçürülür.
Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
tag: Ağdərə,Köç,Qayıdış,Qarabağ,Todaypress.az,