Ağdaşda avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Daxili siyasət

19.02.2025 16:51

907

Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu əsaslı təmir olunacaq. 

TodayPress xəbər verir ki, bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. 

Sənədə əsasən, qeyd olunan yaşayış məntəqələrində 9 min nəfər əhali yaşayır. 

Prezidentin Sərəncamına əsasən, yolun təmirinə 1,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

tag: Ağdaş,Prezident,Sərəncam,Rayon,Todaypress.az,