4556 hektar ərazi minalardan təmizləndi

Daxili siyasət

01.04.2025 15:11

1348

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Bu barədə TodayPress-ə ANAMA-dan məlumat verilib.

Azad olunan ərazilərdə mart ayı ərzində 105 tank əleyhinə mina, 331 piyada əleyhinə mina, 9755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 4556 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

tag: ANAMA, Mina, PHS, Xankəndi, Xocalı, Xocavənd, todaypress.az,