4 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Daxili siyasət
07.11.2024 17:26
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
TodayPress xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova
polkovnik Gündüz Əliş oğlu Əbdülova
polkovnik Azər Əlövsət oğlu Qasımova
polkovnik Azər Aydın oğlu Məmmədova
“ədliyyə general-mayoru” ali hərbi rütbəsi
ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.
tag: Sərəncam, Azərbaycan, İlham Əliyev, Müdafiə Nazirliyi,Rütbə, todaypress.az,