35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları buraxılacaq

Daxili siyasət

16.09.2024 13:05

35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılması təklif olunub.

TodayPress xəbər verir ki, bu təklifi Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun iclasında irəli sürüb. 

Onun sözlərinə görə, bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb: 

"Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır” deyə o, bildirib. 

R.Qasımovun təklifi MSK üzvləri tərəfindən səsverməyə qoyularaq qəbul edilib.


tag: Seçki, Məntəqə,Mərkəzi Seçki Komissiyası ,Seçki Komissiyaları ,Nəticələr ,todaypress.az,