228 beynəlxalq müşahidəçi qeydə alındı

Daxili siyasət

08.08.2024 18:05

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülənlərdən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb.

Deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət avqustun 2-də başa çatıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 43 ölkə və 24 qurumdan 228 beynəlxalq müşahidəçi qeydə alınıb.

Bundan başqa indiyə qədər ümumilikdə 38 min 744 yerli müşahidəçi qeydə alınıb. Onlardan MSK-da qeydə alınan müşahidəçilərin sayı 5621, dairə seçki komissiyalarında (DSK) qeydə alınan müşahidəçilərin sayı 33 min 123 nəfərdir.

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-nə təyin olunub.

tag: Mərkəzi Seçki Komissiyası, Deputat, Namizəd, Parlament, Məzahir Pənahov, todaypress.az,