2025-ci birinci rübündə 502 əcnəbinin Azərbaycana girişi məhdudlaşdırılıb

Daxili siyasət

14.04.2025 11:46

19

Bu ilin ilk üç ayı ərzində miqrasiya qanunvericiliyini pozan 502 əcnəbi Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb. 

Bu barədə TodayPress-ə Dövlət Miqrasiya Xidmətindən (DMX) verilən məlumata görə, digər əcnəbilərin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. 

Məlumatda həmçinin qeyd olunub ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquqpozmalarla bağlı 2025-ci ilin birinci rübündə ümumilikdə 4 min 366 qərar qəbul edilib.

tag: Dövlət Miqrasiya Xidməti,Miqrant,Deportasiya,Giriş,Todaypress.az,