1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil : Ayxan Hacızadə
Daxili siyasət
10.09.2024 21:47
Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası
arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək.
TodayPress xəbər verir ki, bu fikirlər Xarici
İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 10
sentyabr tarixində “İrəvan dialoqu” adlı forumda çıxışı zamanı Azərbaycana
qarşı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.
O qeyd edib ki, Ermənistan Konstitusiyasından fərqli
olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət
Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində
Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil.
“Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud
olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə
yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz”
müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında yer alan ərazi iddiasının
zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki,
heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum
olan faktdır” A.Hacızadə vurğulayıb.
tag: Ermənistan, Azərbaycan ,Ayxan Hacızadə, XİN, todaypress.az,