Zimbabveli aktivist: “Bizim uyğunlaşmaya ehtiyacımız var”
COP
19.11.2024 10:27
“Uyğunlaşma Maliyyəsini müdafiə etmək üçün buradayam. Çünki Afrika ölkələrinin təcili olaraq uyğunlaşmaya ehtiyacı var”.
Bunu TodayPress-ə verdiyi açıqlamada Zimbabveli aktivist Tinaye Mabara deyib.
Onun sözlərinə görə, hazırda Afrika ölkələri qlobal iqlim maliyyəsinin yalnız 2%-ni alır:
“Mən həmçinin Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) uşaqlara qarşı həssas olmasını və iqlim uyğunlaşmasına üstünlük verməsini istəyirəm. Azərbaycanda keçirilən COP29 çərçivəsində də biz öz məqsədlərimizə çatmağı hədəfləyirik. Bizə öz səsimizi eşitdirmək üçün belə şans yaratdıqları üçün Azərbaycana minnətdarıq”.
Töhfə Səməd
tag: Aktivist, Tinaye Mabara, Afrika, COP29, İqlim, Azərbaycan, todaypress.az,