Yalçın Rəfiyev: “Azərbaycan COP29-da da körpü rolunu oynayacaq”

COP

31.10.2024 10:20

“DİM və iqlim fəaliyyəti bir-biri ilə əlaqədardır. Burada söhbət təkcə 13-cü maddədən getmir. Digər maddələr də məhz bu məqsədə yönəlib”. 

TodayPress xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu zamanı deyib. 

Onun sözlərinə görə, COP29-da 60-a yaxın DİM və iqlim fəaliyyəti ilə bağlı bəyanatların verilməsi gözlənilir. Ev sahibi olaraq prezidentliyin də öz xüsusi təşəbbüsləri olacaq. Bunun bir qismi dayanıqlı inkişaf məqsədlərinə yönəlib. 

“COP29 imkan verəcək ki, maliyyəşmələrlə bağlı yeni qərarlar verilsin. Buna nail olunacağı tədbirdə kifayət qədər böyük işlər başlanılacaq. Düşünürəm ki, Qoşulmama Hərəkatındakı kimi, Azərbaycan COP29-da da körpü rolunu oynayacaq”. 

Qeyd edək ki, tədbir İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. 

Töhfə Səməd

tag: Azərbaycan, COP29, İqtisadiyyat, Maliyyə, todaypress.az,