Vladanka Andreeva: “Məqsəd 2050-ci ilə qədər “xalis sıfır” hədəflərinə çatmaqdır”
COP
31.10.2024 10:40
“BMT-nin 79-cu doğum gününü məhz DİM Dialoqu ilə keçirmək istədik. 1945-ci ildən bu yana ölkələrin problemlərinin həlli üçün birləşmək məqsədi ilə yaranıb”.
TodayPress xəbər verir ki, bunu Vladanka Andreeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu zamanı deyib.
Onun sözlərinə görə, ev sahibi kimi Azərbaycan yeni milli töhfələri COP29-dan öncə təqdim edəcək:
“Biz icra prosesini genişləndirməli və maliyyə dəstəyini artırmalıyıq. Qeyd edək ki, bu məsələlər COP29-un əsasını təşkil edəcək. İnkişaf edən ölkələr üçün əminik ki, bu addımlar ciddi dəstək olacaq. COP29-da məlumatlılığı artırmaq üçün BMT Azərbaycandakı bütün sektorlarla birgə çalışır.
2050-ci ilə qədər “xalis sıfır” hədəflərinə çatmaq və tempraturu 1.5-in aşağıda saxlamaq pəncərəsi getdikcə daralır. Ona görə biz əlimizi sürətli tutmalı və bu məqsədlə işlər görməliyik”.
Qeyd edək ki, tədbir İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Töhfə Səməd
tag: Vladanka Andreeva, COP29, BMT, Azərbaycan, DİM, todaypress.az,