Veyn Kinq: “Azərbaycan danışıqlar aparmaq üçün çox yaxşı ölkədir”

COP

12.11.2024 10:58

“Mən Sakit Okeandakı Kuk adalarından gəlirəm. Bizim çox gözəl təbiətimiz var, buna görə də iqlim dəyişiklikləri bizi də ciddi narahat edir”. 

Bu sözləri TodayPress-ə danışan Kuk adalarının iqlim dəyişikliyi üzrə direktoru, Baş nazirin ofisinin nümayəndəsi Veyn Kinq bildirib. 

Onun sözlərinə görə, fərziyyələrə yox elmə əsaslanmaq lazımdır. 

“Azərbaycan görüşmək və danışıqlar aparmaq üçün çox yaxşı ölkədir. Çünki Azərbaycan keçid dövrünü özü öz gücünə edib və buna yüksək səviyyədə nail olub. Buna görə də, burada yaradılan şərait bizim üçün çox vacibdir. Biz Azərbaycan hökumətinə çox minnətdarıq”. 

Töhfə Səməd

tag: Veyn Kinq,Sakit Okean,Baş Nazir,Azərbaycan,Kuk Adaları, todaypress.az,