UNEP-in icraçı direktoru: Azərbaycan COP29 üçün böyük hazırlıq işləri görür

COP

27.06.2024 14:05

“Noyabrda Bakıda təşkil olunacaq COP29-un uğurla keçirilməsi üçün Azərbaycan çox böyük hazırlıq işləri görür”.

TodayPress xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə birgə mətbuat konfransı zamanı deyib.

“UNEP Bakıda COP29-un uğurla keçirilməsini təmin etmək üçün bütün imkanlarından istifadə edəcək” deyə o vurğulayıb.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

tag: UNEP, Azərbaycan, BMT, COP29, Bakı, todaypress.az,