Toqo Prezidenti Azərbaycanda səfərdədir

COP

11.11.2024 21:03

Toqo Respublikasının Prezidenti Fore Qnassinqbe noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

 

TodayPress xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

 

tag: Toqo, Azərbaycan, Fore Qnassinqbe, BMT, İqlim, COP29,