Tereza Mey COP29-u müzakirə edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov Böyük Britaniyanın sabiq Baş naziri Tereza Meylə görüşüb.
Görüşdə Müasir Köləlik və İnsan Alveri üzrə Qlobal Komissiya, COP29 və NGBM-in işi müzakirə olunub. Bu barədə Mərkəzin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 67 yaşlı siyasətçi Tereza Mey 2016-cı ildən 2019-cu ilədək Britaniyanın Baş naziri vəzifəsini tutub.
tag: Tereza Mey, COP29, todaypress.az,