Tahir Rzayev: “COP29 Azərbaycan üçün olduqca əhəmiyyətli missiyadır”
COP
12.11.2024 15:45
“COP29 Azərbaycan üçün olduqca böyük və əhəmiyyətli missiyadır”.
Bunu TodayPress-ə verdiyi açıqlamada Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl dünya” naminə görülən işlər, həmçinin öyrənilən təcrübənin digər rayonlara tətbiqi sürətlə davam edir:
“Alternativ enerjinin təmin olunması məqsədi ilə bir sıra layihələr həyata keçirilir. Adı çəkilən zonalarda külək və günəş enerjisindən istifadə edərək enerjinin əldə olunması buna nümunədir. Hazırda Xızı və Xaçmazda da belə zonaların yaradılması proseslərinə başlanılıb”.
Deputat diqqətə çatdırıb ki, COP29 Azərbaycanın beynəlxalq arenada öz gücünü yenidən nümayiş etdirməsi üçün növbəti qapı oldu.
Töhfə Səməd
tag: Tahir Rzayev, Qarabağ, Zəngəzur, COP29, Azərbaycan, todaypress.az,