Stefan Dujarrik: "BMT Baş katibi Azərbaycandan iqlim dəyişikliyi ilə mübarizəmizdə irəliləyiş gözləyir"
COP
29.07.2024 23:02
"Şübhə etmirik ki, Azərbaycanın
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) sədrliyi dövründə hazırlıqlar yaxşı gedir və bu
maksimum diqqət mərkəzindədir".
TodayPress xəbər
verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.
Sözçü bildirib ki, BMT Baş
katibi Antoniu Quterreş COP29-a ev sahibliyi edən Azərbaycandan gözləntiləri
beynəlxalq təşkilatın iqlim dəyişikliyi ilə mübarizəsində real və konkret irəliləyiş
görməkdir.
S.Dujarrik əlavə edib ki, BMT
Baş katibi qlobal istiləşəmə və iqlim dəyişkənliyi ilə bağlı narahatlığı davam
edir və bunun qarşısının alınması üçün bir çox cəbhədə irəliləyiş görmək istəyir:
"Baş katibin ötən cümə
iqlim dəyişkənliyi ilə bağlı mesajları çox aydın, sadə və çox dramatik idi və
bu, təkcə üzv dövlətlərin hərəkətə keçməsi məsələsi deyil. Söhbət qalıq yanacaq
sənayesi məsələsidir, bu iqlim dəyişikliyi vəziyyətini, içində olduğumuz dəhşətli
vəziyyəti yaratmaqda məsuliyyətlərini nəzərə almasıdır. Buna görə də biz bunun
qarşısının alınması üçün başqa məsələlərlə yanaşı bir çox cəbhədə, o cümlədən
itki və zərər baxımından irəliləyiş görmək istəyirik”. (report.az)
tag: BMT, Baş katib, COP29, Azərbaycan, todaypress.az,