Somali Prezidenti COP29-da iştirak edəcək

COP

01.11.2024 14:20

Somali Prezidenti Həsən Şeyx Mahmud COP29-da iştirak edəcək.

TodayPress xəbər verir ki, bunu Prezidenti İlham Əliyevin qəbulu zamanı Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamed deyib.

Səfir vurğulayıb ki, COP çərçivəsində Azərbaycan və Somali dövlət başçılarının keçiriləcək görüşü münasibətlərimizin inkişafına əlavə təkan verəcək.

tag: Somali, Prezident, İlham Əliyev, COP29, todaypress.az,