Səməd Bəşirli: “Karbon emissiyalarını azaltmaqla yanaşı, mənfi təsirləri də minimallaşdırmaq lazımdır”

COP

31.10.2024 11:00

“COP tədbiri gələcəyin sədalarını eşitmək və formalaşdırmaq üçün dövlətlərin toplaşdığı yerdir. Bir çox dövlərlər əsirlərdir mövcud olsa da, birlikdə toplaşıb qlobal problemləri həll etmələri 2 əsri ötməz. Lakin bu günün reallıqları və tələbləri ölkələri bir araya gəlməyə məcbur etdi”. 

TodayPress xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu zamanı deyib. 

Onun sözlərinə görə, əsas məsələ karbon emissiyalarını azaltmaqla yanaşı, mənfi təsirləri də minimallaşdırmaqdır:

“Azərbaycanın COP29-da ortaya qoyduğu digər təşəbbüs isə maliyyələşmə ilə bağlı mexanizmdir. Çünki dünya üzərində mübarizələr davam edir. Məhz Azərbaycanın təklif etdiyi mexanizmdə də ölkənin körpü rolunu oynaması durur. Buna əsasən inkişaf etmiş ölkələrdən maliyyənin əldə edilib, ehtiyacı olan ölkələrə ötürülməsi təmin olunacaq”. 

Qeyd edək ki, tədbir İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. 

Töhfə Səməd

tag: COP29, Azərbaycan, Səməd Bəşirli, DİM, İqtisadiyyat, todaypress.az,