Saymon Stil: “Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir”

COP

10.10.2024 11:10

"Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir".

TodayPress xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışında deyib.

Onun sözlərinə görə, COP29 konkret nəticələrə nail olmağa kömək edən stimullaşdırıcı konfrans olmalıdır.

"Bu, ötən il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tarixi konsensus çərçivəsində götürülmüş öhdəlikləri həyata keçirməyə və real iqtisadiyyata fayda verməyə kömək edəcək. Aydındır ki, maliyyə bu il konkret nəticələrə nail olmaqda əsas rol oynayır" S.Stil vurğulayıb.

tag: Saymon Stil,Konfrans,İqlim,COP29,Todaypress.az,