Saymon Stil: “Bakıda keçirilən COP29-dan gözləntilər çoxdur”

COP

12.11.2024 11:40

Bakıda keçirilən COP29-dan gözləntilər çoxdur.

TodayPress xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29-un ikinci günündə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, qeyd edib ki, COP29-un aydın şəkildə nəticələr ortaya qoyacağına ümidlər var:

"İqlim dəyişikliyi ilə bağlı mövcud ehtiyaclara uyğun tələblər qoyulacaq. İnanırıq ki, bütün ölkələrin dəstəyi artacaq. Özəl sektor da maliyyələşmədə əsas mənbə kimi masaya qoyulacaq".

tag: Bakı, COP29, Saymon Stil, İqlim Dəyişikliyi, todaypress.az,