Rumen Radev: “Bolqarıstan və Azərbaycan əlaqələri kifayət qədər yaxşı miqyasda inkişaf edir”
COP
13.11.2024 14:55
Azərbaycanla Bolqarıstan təkcə qaz tranziti ilə məşğul olmayacaq, yaşıl enerji tranzitinin ötürülməsinə də kömək edəcəyik.
TodayPress xəbər verir ki, bunu COP29-da iştirak edən Bolqarıstan Prezidenti Rumen Radev jurnalistlərin suallarını cavablandırarkən deyib.
"İlk növbədə, bu möhtəşəm tədbirin təşkili ilə əlaqədar sizi təbrik edirəm. Bu forum yaşıl inteqrasiyanın inkişafı üçün müəyyən perspektivlər yaradır.
COP29 sadəcə yaşıl inteqrasiyanın inkişafı üçün deyil, həm də iqtisadiyyatımızın daha da güclənməyi üçün rəqabətliliyini necə inkişaf etdirməli olduğumuz baxımından da əhəmiyyətlidir".
"Bolqarıstan və Azərbaycan arasında ikili münasibətlər isə kifayət qədər yaxşı miqyasda inkişaf edir. Biz cənab Prezident İlham Əliyevlə də müzakirələr apardıq. Biz investisiyamızı sadəcə qaz istifadəsi və inteqrasiyası üzərində qurmuruq, həm də yaşıl enerjinin Bolqarıstan vasitəsilə dünyaya ötürülməsinə dəstək olacağıq".
tag: Rumen Radev, Bolqarıstan, Azərbaycan, Prezident, COP29, todaypress.az,