Romina Xurşid Alam: “COP29 yeni yol xəritəsi çəkməkdə kömək edəcək”

COP

11.11.2024 21:44

Pakistan Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam Bakıda keçirilən COP29 tədbirində iştirak edib.

 

TodayPress xəbər verir ki, o, sürətlə tənəzzülə uğrayan ekosistemləri, həssas icmaların və infrastrukturun həyatını və yaşayış vasitələrini qorumaq üçün vahid qlobal reaksiyanın vacibliyindən bəhs edib.

 

Baş nazirin koordinatoru iki həftəlik konfransın plenar iclasından sonra media ilə danışarkən bildirib ki, planetin, insan həyatı və ekosistemlərin davamlılığı ilə bağlı əsrin ən böyük çağırışına cavab vermək üçün vaxt sürətlə azalır. Bu gün Bakıda başlayan qlobal iqlim konfransında (COP29)mütləq ciddi addımlar atmaq lazımdır. Romina Xurşid Alam jurnalistlərlə görüşdə dünya liderlərini inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb.

 

"Biz başa düşməliyik ki, COP29 hamı üçün yeni bir yol çəkmək üçün qaçırılmaz bir məqamdır. Pakistanın təmiz enerji, ağıllı kənd təsərrüfatı və suya qənaət kimi layihələrlə “Yaşıl dünya”ya uyğunlaşması və dayanıqlığının artırılması təşəbbüslərinə sərmayə qoyması üçün qlobal tərəfdaşlarla bir sıra ikitərəfli və çoxtərəfli görüşlər, tədbirlər keçirməyi planlaşdırılıb".

 

O, həmçinin dünyanın daha kasıb ölkələrinə iqlim maliyyəsi təmin etmək üçün yeni hədəflər qoymağa səsləyib və tarixən karbon emissiyalarını tutmaqda məsul olan zəngin ölkələrin liderlərini iqlim dəyişikliyinə uyğunlaşmağa və fəlakətlə mübarizə üçün iqlim maliyyəsi toplamaq üçün xeyriyyə təşkilatı yaratmağa çağırıb.

 

Qeyd edək ki, Romina Xurşid Alam iqlim konfransında Pakistanın nümayəndə heyətinə rəhbərlik edir, həmçinin o, Pakistanın qlobal iqlim fəaliyyətinə sadiqliyini və məhdud maliyyə resurslarına baxmayaraq, ölkənin dayanıqlılığını artıran fəaliyyətlərindən danışıb.

 

Töhfə Səməd

tag: COP29, Pakistan, Azərbaycan, Romina,Yaşıl Dünya, todaypress.az,