Quterreş: Ölkələr COP29 çərçivəsində birləşməlidir
COP
22.11.2024 22:27
BMT-nin
Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə mübarizə aparmaq və iqlim
ədalətinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyinə diqqət çəkib.
TodayPress xəbər verir ki, o, bu barədə
"X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Paris
Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlim fəaliyyəti üçün zəruridir.
Geosiyasi fikir ayrılıqları şəraitində ölkələr iqlim ədalətini təmin etmək və
bizi bəşəriyyət üçün layiqli dünya qurulmasına yaxınlaşdırmaq məqsədilə COP29
çərçivəsində birləşməlidir" Baş katib qeyd edib.
Qeyd edək ki,
COP29 sədrliyinin bu gün yaydığı bəyanatda bildirilir ki, COP29 çərçivəsində
iqlim maliyyələşdirməsinin illik 250 milyard dollara çatdırılması təklif
edilir.
tag: Quterreş , İqlim, COP29, BMT, Maliyyə ,todaypress.az,