Quterreş: "COP29-da əldə olunmuş razılaşma həyati əhəmiyyət daşıyır"
COP
24.11.2024 10:39
COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur.
TodayPress xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilib.
“COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir” deyə Baş katib qeyd edib.
tag: COP29,BMT,Baş katib,Antonio Quterreş,1.5C,todaypress.az,