Prezident inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iştirak etdi- YENİLƏNDİ - FOTO
COP
13.11.2024 21:51
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Sammitin moderatoru, Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend tədbiri açaraq dedi:
-Zati-aliləri,
hörmətli qonaqlar, xanımlar və cənablar, sizi salamlayıram.
İqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuş bu cür mühüm müzakirədə hamınızı salamlamaqdan məmnunam. Biz iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin rəhbərlərini eşitmək şərəfinə nail olacağıq.
Bugünkü tədbiri
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev ilə
açmaqdan şərəf hissi duyuram. Cənab Prezident Azərbaycan iqtisadiyyatının tam
və yaddaqalan transformasiyasına nail olub. Biz onun iqlim fəaliyyətində
rolunun artmasının, daha güclü beynəlxalq tərəfdaşlığın qurulmasının, xüsusən
də BMT, Qoşulmama Hərəkatı və Millətlər Birliyi kimi təşkilatlar vasitəsilə
əməkdaşlığı gücləndirdiyinin şahidiyik. Həmin təşkilatlarda Azərbaycan
dayanıqlı iqtisadi artım və müqavimət gücünü təşviq edib.
Cənab Prezident, sözü
Sizə verirəm.
Dövlətimizin başçısı Sammitdə çıxış etdi.
-Hörmətli
Baş katib.
Hörmətli dövlət və
hökumət başçıları.
Xanımlar və cənablar,
əziz dostlar.
Mən Sammitin bütün iştirakçılarını salamlayıram. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.
Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.
Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Hörmətli xanımlar və cənablar, fürsətdən istifadə edərək, mən beynəlxalq gündəlikdə mühüm məsələlərdən birini də qaldırmaq istəyirəm – neokolonializm və iqlim dəyişmələri. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.
Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.
1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.
Əgər Avropanın əsas
diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik
adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament
Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən
kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri
kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları
dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.
Çox sağ olun.
Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını vurğulayaraq deyib: “Siz - kiçik ada dövlətləri nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə büruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımının 1,5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır. Bu, o deməkdir ki, 2030-cu ilə qədər qlobal atılmalar illik əsasla 9 faiz azalacaq. Həmçinin ənənəvi yanacaqdan istifadə sürətlə və ədalətli şəkildə azalacaq, COP28-in nəticəsi təmin ediləcək. Bu, həmçinin o deməkdir ki, hər ölkə 1,5 dərəcəyə uyğun olması üçün COP30-a qədər yeni, iqtisadiyyatı əhatə edən milli iqlim fəaliyyəti planlarını və ya Milli səviyyədə müəyyən edilmiş töhfələr sənədini təqdim edəcək”.
COP29-da dünya səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımların atıldığını qeyd edən Baş katib bildirib: “İş burada və indi başlayır. Bizə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu trilyonlarla dollarlıq vəsaitləri toplayan yeni iqlim maliyyə məqsədi lazımdır və imtiyazlı dövlət vəsaitlərində xeyli artım olmalıdır”.
Bu sahədə uğur
qazanmaq üçün fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini qeyd edən
Antonio Quterreş deyib: “Bu COP çərçivəsində və ondan sonrakı dövrdə sizi
fəaliyyəti tələb etmək üçün öz səlahiyyətlərinizdən istifadə etməyə çağırıram.
Ədaləti tələb edin. Çünki yubanmaq olmaz”.
Millətlər
Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend iqlim
maliyyələşməsi işində uğurlu rəhbərliyə görə Prezident İlham Əliyevə və Baş
katib Antonio Quterreşə minnətdarlıq edərək deyib: “Mən fürsətdən istifadə
edərək həm Prezident Əliyevə, həm də Baş katib Antonio Quterreşə bu işlərə
sadiqliyə, güclü rəhbərliyə və hərtərəfli dəstəyə görə təşəkkürümü bildirmək
istəyirəm. Ümid edirik ki, maliyyə ilə bağlı bu yanaşma sayəsində COP29-da real
nəticələrə nail olacağıq. Gəlin, onlara təşəkkürümüzü bildirək”.
Millətlər Birliyinin 56 üzvündən 25-nin inkişaf etməkdə olan ada dövləti olduğunu və onların çox gözəl potensialının mövcudluğunu qeyd edən Patrisia Skotlend vurğulayıb: “Onlar böyük çağırışlarla üzləşir. Onlar iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Bu, fiziki baxımdan daha az ərazi deməkdir. Bununla belə qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Bütün bunlar onların müqavimət gücünü zəiflədir. Bu səbəbdən kiçik ada dövlətlərinə verilən prioritet Birlik proqramımızın əsasını və beynəlxalq sistemdə fəaliyyətimizin özəyini təşkil edir”.
Patrisia Skotlend
COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə
görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: “COP29-a sədrlik
edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması
təşəbbüsü mənə böyük təəssürat bağışladı. Resursların açılmasını və
paylanmasını təmin etmək üçün icra mexanizmlərinin işlənilməsinə dəstək verməyə
hazırıq. Mən bu təklifi ona görə verirəm ki, üzv dövlətlərimiz təcili şəkildə
iqlim maliyyəsi ilə bağlı vədlərə ehtiyac duyur. Onlar buna Yaşıl İqlim Fondu,
İtki və Zərərlər Fondu xətti ilə nail ola bilər”.
Sonra
COP29-un prezidenti Muxtar Babayev və inkişaf etməkdə olan kiçik ada
dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.
***
17:30
Noyabrın 13-də
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS)
Sammiti keçirilir.
TodayPress xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak
edib.
Dövlətimizin
başçısı Sammitdə çıxış edib.
Prezident İlham
Əliyevin çıxışı
- Hörmətli Baş
katib.
Hörmətli dövlət
və hökumət başçıları.
Xanımlar və cənablar,
əziz dostlar.
Mən Sammitin
bütün iştirakçılarını salamlayıram. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra
inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə
qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf
etmiş bütün ölkələrə, xüsusən də, müstəmləkə keçmişi olan ölkələrə müraciət
edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki,
onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri
hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi
ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda
daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin
yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin
kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Azərbaycan
kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət
qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini
azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi
və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti
Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan
yaralanıb. Qoşulmama Hərəkatında dörd illik sədrliyimiz dövründə biz 80-dən
artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım
göstərmişik.
Həmin ölkələrin
üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin
əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək
üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər.
Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına
çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin
sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı
Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə,
xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu
yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.
Biz Millətlər
Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10
milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və
qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – Azerkosmosdan peyk məlumatlarından
istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Hörmətli
xanımlar və cənablar, fürsətdən istifadə edərək, mən beynəlxalq gündəlikdə
mühüm məsələlərdən birini də qaldırmaq istəyirəm – neokolonializm və iqlim dəyişmələri.
Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı
dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz
qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin
pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox
hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.
Yeni
Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion,
Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent
Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba,
Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin
xalqları, – gəlin həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də
müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və
Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər
kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.
1966-1996-cı
illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən
ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin
dərəcədə zəhərlənməsi və radiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi
4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata
keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə
hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi
cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd
etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların
builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri
yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il, Martinika və
Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı,
Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının
Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi
korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası
Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun
hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad
olunmalıdır.
Əgər Avropanın əsas
diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik
adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament
Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar
durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi
kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və
gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.
Çox sağ olun.
***
12.37
Noyabrın 13-də
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS)
Sammiti keçirilib.
TodayPress xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak
edib.
tag: Bakı, COP29, Azərbaycan, İlham Əliyev, Prezident, todaypress.az,