Polşa Prezidenti: “İlham Əliyevlə mühüm ikitərəfli söhbət baş tutdu”

COP

12.11.2024 17:21

“Mən çox şadam ki, COP29 iqlim sammitini Bakıda, Azərbaycanda açmışıq. Təşkilatçılıq yüksək səviyyədədir. Biz artıq çıxışlarımızı etmişik”.

TodayPress xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda jurnalistlərə verdiyi açıqlamada deyib. 

Onun sözlərinə görə, o artıq bir sıra qeyri-rəsmi ikitərəfli görüşlər keçirib: 

“Mən Moldova, Slovakiya, həmçinin Finlandiya prezidenti ilə də görüşdüm. Və təbii ki, bu sammitin ev sahibi kimi Prezident İlham Əliyevlə əvvəllər planlaşdırılan ən mühüm ikitərəfli söhbət baş tutdu. Mən prezidenti Polşaya dəvət etdim. Ümid edirəm ki, prezidentin bu səfəri gələn ilin yazında baş tutacaq. Ölkələrimiz arasında əməkdaşlıqda mühüm iqtisadi mövzularımız var. Əlbəttə, Polşa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq məsələsihələ də gündəmdə qalmaqdadır. Bu bizim əməkdaşlığımızın ənənəvi sinvoludur. 

Ümid edirəm ki, bu əlaqələr və əməkdaşlıq müxtəlif sahələrdə də güclənəcək.  Azərbaycanın ən böyük xəzinələrindən olan müxtəlif növ yanacaq növləri ilə bağlı əməkdaşlıq həyata keçiriləcək”.

Töhfə Səməd

tag: Polşa, Prezident, COP29,Sammit, İlham Əliyev, todaypress.az,