Polşa Prezidenti Azərbaycana təşəkkür etdi
COP
12.11.2024 18:05
“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dünən mənə zəng edib, Polşada Müstəqillik Günü bayramı ilə əlaqədər bütün xalqımızı təbrik etdi. Biz ən vacib mövzular haqqında danışdıq”.
TodayPress xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda jurnalistlərə verdiyi açıqlamada deyib.
O, diqqətə çatdırıb ki, Polşa Avropa İttifaqına (Aİ) sədrlik edəcək.
“Bizim əsas prioritetimiz Aİ ilə Birləşmiş Ştatlar arasında əməkdaşlığı gücləndirməkdir. Hələ dünənki çıxışımda ABŞ ilə əməkdaşlığın Avropada, xüsusən də Polşada təhlükəsizliyin möhkəmləndirilməsi üçün böyük əhəmiyyətini vurğuladım.
Sabah bizim Polşada, Redzikovda raket əleyhinə müdafiə qüvvəsinin bir hissəsi kimi Amerika bazasının rəsmi açılış mərasimi olacaq. Bizim Donald Trampla müzakirə etməli çox məsələmiz var. Buna görə də gələcək tarixlərə rəsmi görüş təyin etmişik. Lakin hələ ki, onun tarixi bəlli deyil”.
O, sonda bir daha tədbirin yüksək səviyyəli təşkilinə görə Azərbaycana təşəkkürlərini bildirib.
Töhfə Səməd
tag: Polşa, Prezident, Aİ, ABŞ, Tramp, todaypress.az,