Pietro Parolin: “Problemlərin qarşısını almaq üçün mütləq tədbirlər həyata keçirilməlidir”
COP
13.11.2024 12:22
“Bu ilki platforma iqlim dəyişikliyi problemlərinin qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsini sürətləndirəcəyini düşünürəm”.
TodayPress xəbər verir ki, bunu jurnalistlərə Müqəddəs Taxt-Tacın(Vatikan) Dövlət katibi kardinal Pietro Parolin deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərindən xəbərdardır. Lakin xəbərdar olmaq kifayət deyil. Bu problemlərin qarşısını almaq üçün mütləq tədbirlər həyata keçirilməlidir. COP29 bu tədbirlərin həyata keçirilməsini sürətləndirəcək.
Kardinal Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini və böyük qonaqpərvərlik nümayiş etdirdiyini diqqətə çatdırıb.
Töhfə Səməd
tag: COP29,Müqəddəs Taxt-Tacın(Vatikan) Dövlət katibi,Pietro Parolin, Azərbaycan, Kardinal, todaypress.az,