PA-nın sektor müdiri: “Yaşıl iqtisadiyyat Azərbaycanın əsas prioritetdir”

COP

06.11.2024 10:45

"Azərbaycanda sosial-iqtisadi inkişaf üzrə 2030-cu illəri nəzərdə tutan strategiyada yaşıl iqtisadiyyat əsas prioritetdir". 

TodayPress xəbər verir ki, bunu Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev “Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı”na həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın strateji baxış sənədi beş əsas mərhələni nəzərdə tutur. Onlardan 3-ü artıq reallaşdırılıb, digər ikisi isə qarşıdakı dövrdə həyata keçiriləcək. Bundan başqa, Azərbaycanda ESG üzrə xeyli yol qət olunub və bu məqsədlə yaradılan işçi qrupu qarşıya qoyulan məqsədlərə nail olub. Bu istiqamətdə vahid platformanın yaradılması qısa müddətdə real nəticənin əldə olunmasına imkan verib: 

“Qarşımızda əsas hədəf o idi ki, bu platforma daha iddialı məqsədlərə doğru irəliləməlidir. Ölkəmizdə növbəti həftə başlayacaq COP29-un gündəliyinə uyğun olaraq ESG standartının qəbulu sahibkarlara imkan verəcək ki, onlar öz fəaliyyətini milli xüsusiyyətlərlə hazırlanmış strategiyaya uyğun həyata keçirsinlər".

Töhfə Səməd

tag: PA, Azərbaycan, ESG, COP29, Konfrans, todaypress.az,