Nidya Pesantez: “Bəşəriyyət dünyanı canlandırmaq üçün məsuliyyət daşıyır”

COP

13.11.2024 13:40

“Bəşəriyyət dünyanı yenidən yaşıllaşdırmaq, maviləşdirmək, canlandırmaq üçün məsuliyyət daşıyır”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada Birləşmiş Millətlər Təşkilatının Gender Bərabərliyi və Qadınların Gücləndirilməsi Təşkilatının (UN Women) Boliviyadakı nümayəndəsi və COP29-un BMT müşahidəçisi Nidya Pesantez bildirib. 

Onun sözlərinə görə, davranışlarımızı və düşüncələrimizi dəyişdirməliyik. Daha da vacib məsələlərdən biri də qadınların qlobal işlərdə daha produktiv olması üçün onların yüksək vəzifə tutmaq haqqını əllərindən almamalıyıq. Çünki qadınlar bəşəriyyət yaranan gündən bu yana həyatı canlı saxlamaq məqsədilə əllərindən gələni edir. 

“Ona görə də düşünürəm ki, baxış bucağımızı dəyişdirməliyik ki, irəliləyə bilək. Çünki qadınların təcrübəsi həddindən çoxdur və onlar öz töhfələrini verməlidirlər”. 

Töhfə Səməd

tag: Nidya Pesantez , COP29,Bəşəriyyət,Qlobal,BMT, todaypress.az,