Nazir müavini: “Azərbaycanın təşəbbüsləri "Yaşıl iqtisadiyyat"a töhfələr verəcək”

COP

06.11.2024 11:03

"Azərbaycanın iqlim təşəbbüsləri göstərir ki, o, təkcə milli səviyyədə deyil, həm də qlobal miqyasda "yaşıl iqtisadiyyat"a keçiddə mühüm rol oynayır".

TodayPress xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı”na həsr olunmuş Konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan "Yaşıl iqtisadiyyat"a keçidin dəstəklənməsi məsələsində öz liderliyini davam etdirəcək. 

COP29 çərçivəsində Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri 14 noyabr tarixində təqdim olunacaq. Bu təşəbbüslərin qlobal səviyyədə "Yaşıl iqtisadiyyat"a mühüm töhfələr verəcək. 

Töhfə Səməd

tag: Nazir Müavini, Azərbaycan, COP29, Yaşıl İqtisadiyyat, Vüqar Kərimov, todaypress.az,