Muxtar Babayev Putinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşdü

COP

11.10.2024 14:40

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər noyabrın 11-22-də Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində fikir mübadiləsi aparıb.

tag: COP29,Muxtar Babayev,İlkin Konfrans,Ruslan Edelgeriyev,Rusiya,todaypress.az,