Muxtar Babayev: Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik
COP
23.11.2024 20:52
Bu axşamkı plenar iclaslarda hazır olan
qərar və nəticə layihələri qəbul ediləcək.
TodayPress xəbər verir ki, bunu ekologiya və təbii
sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29),
Kyoto Protokolunun Tərəflərinin görüşünün (CMP19) və Paris Sazişi Tərəflərinin
görüşünün (CMA6) bağlanış plenar iclasında deyib.
O bildirib ki, artıq son mərhələdir: "İki həftədir
çox gərgin şəkildə çalışırıq və heç kəs əsas hədəflərə dair yaxşı bir nəticə
əldə etmədən ayrılmaq istəmir. Dünyanın diqqəti üzərimizdədir. Ancaq zaman
bizim tərəfimizdə deyil. Bu səbəbdən əməkdaşlıqların artırılmasını xahiş
edirəm.
Mən və komandam qarşıdakı saatlarda sizinlə birgə
çalışacağıq. İndi COP tərəfindən qəbul ediləcək qərarların və nəticələr
dəyərləndirilməsi aparılacaq. Mən həmçinin sədrlik tərəfindən aparılan
məsləhətləşmələrin nəticələri barədə məlumat verəcəyəm".
tag: Muxtar Babayev, COP29, Ekologiya, İclas, Bağlanış, todaypress.az,