Muxtar Babayev COP29-un Prezidenti seçildi
"Azərbaycan bu tədbirin ərsəyə gəlməsi üçün gecə-gündüz çalışıb".
TodayPress xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev tədbirin açılış mərasimində çıxışı zamanı söyləyib.
"Sizə Azərbaycanın qonaqpərvərliyini göstərmək istəyirik. Əminik ki, COP29 öz hədəflərinə çatacaq" deyə o, qeyd edib.
Qeyd edək ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29-un Prezidenti seçilib. Bu qərarı COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber elan edib.
Günəş Mərd
tag: Azərbaycan, COP29, Muxtar Babayev, Prezident,Ekologiya və Təbii Sərvətlər naziri , todaypress.az,