Muxtar Babayev: “COP29 çərçivəsində mühüm sənəd imzalandı”

COP

12.11.2024 17:37

"Biz Misir və Birləşmiş Ərəb Əmirliklərinin COP27 və COP28 sədrliklərinin qətiyyətini və öhdəliklərini yüksək qiymətləndiririk".

TodayPress xəbər verir ki, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev mətbuat konfransında bildirib.  

Onun sözlərinə görə hər iki prezident bu istiqamətdə kritik səylər göstərib. 

"Biz onların işini gücləndiririk. Bütün bu illər ərzində yorulmaz əməkdaşlığa görə onlara minnətdarıq. Onların konstruktiv əlaqəsi bizim COP29 ilə bağlı gördüyümüz işlərə töhfə verdi. Nəticədə biz bu tarixi mərhələnin əsasını qoyan hazırlığı da başa çatdırdıq. Biz bu gün mühüm yeni sənədlər Filippinlə, Dünya Bankı, donor ölkələrlə mühüm müqavilələr imzalayırıq. Əvvəlki öhdəliklərini yenidən təsdiqləyən ölkələri də yüksək qiymətləndiririk" deyə Muxtar Babayev diqqətə çatdırıb. 

Günəş Mərd

tag: COP29, Muxtar Babayev,Konfrans, Dünya Bankı, Ekologiya və Təbii Sərvətlər naziri, todaypress.az,