Muxtar Babayev Böyük Britaniya kralı ilə görüşdü

COP

26.07.2024 21:59

Böyük Britaniyanın Kralı III Çarlz ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevi qəbul edib.

TodayPress xəbər verir ki, bu barədə COP28-in (BƏƏ) sosial şəbəkə hesabında bildirilib.

“Bu gün Əlahəzrət Kral III Çarlz Klarens-hausda COP28-in prezidenti dr. Sultan Əl-Cabir, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toninin təmsil olunduğu COP Sədrlikləri Troykasını qarşılayıb.

COP Sədrlikləri Troykası COP-a ev sahibliyi edən dövlətlər arasında görünməmiş əməkdaşlıqdır, məqsədi dinamikanı qorumaq, davamlılığı bağlamaq, həyata keçirilməsini möhkəmləndirmək və COP-lar arasında tərəqqi körpüsü yaratmaqdır” deyə paylaşımda qeyd olunub.

tag: COP29, III Çarlz, Muxtar Babayev, COP28, todaypress.az,