Muxtar Babayev Aİ nümayəndəsi ilə görüşdü

COP

14.02.2025 18:11

COP29-un prezidenti Muxtar Babayev Avropa İttifaqının (Aİ) iqlim və ekoloji diplomatiya üzrə xüsusi nümayəndəsi Entoni Aqota ilə iqlim fəaliyyətlərinin aktivləşdirilməsinin vacibliyini müzakirə edib.

TodayPress xəbər verir ki, görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib.

"Tərəflər iqlim fəaliyyətlərinin gücləndirilməsinin zəruriliyini və Bakı-Belen yol xəritəsinin məqsədlərinə nail olunması istiqamətində irəliləmənin yollarını müzakirə ediblər" COP29-un "X" sosial şəbəkəsindəki paylaşımda qeyd olunub.

tag: COP29,Muxtar Babayev,Avropa İttifaqı,Entoni Aqota,todaypress.az,