Muxtar Babayev ABŞ Prezidentinin baş müşaviri ilə görüşdü

COP

10.10.2024 18:05

COP29 prezidenti Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Muxtar Babayev “Helen” və “Milton” qasırğalarının nəticələri ilə əlaqədar baş müşavirə başsağlığı verib. Hər iki tərəf COP29-un uğurla həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər” paylaşımda bildirilib.

tag: COP29,Muxtar Babayev,ABŞ,Con Podesta,Helen Qasırğa ,Milton,todaypress.az,