Maimuna Mohd Şərif: “Təbiət bizi sülhə səsləyir”

COP

12.11.2024 12:50

"Sülh olmadan, dayanıqlı inkişafa nail olmaq olmaz".

TodayPress xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru, Kuala Lumpur şəhərinin (Malayziya) meri xanım Maimuna Mohd Şərif COP29-da Dünya liderlərinin İqlim Fəaliyyəti Sammitində bildirib.

O, diqqətə çatdırıb ki, növbəti nəsilə sağlam planet təhvil verməyə borcluyuq:

"Mən xüsusi iqlim dəyişikliyi ilə mübarizədə özel sektoru tədbirlər görməyə çağırıram. Bu istiqamətdə işlər həyata keçirməyə davam edəcəyik. Artıq sürətli addımlar atmaq lazımdır. Təbiət bizi sülhə səsləyir".

İcraçı direktor sonda dünya liderlərini müharibələrə son qoymağa çağırıb və COP29-a ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib.

Günəş Mərd

tag: COP29,Dünya Liderləri, Sülh,Maimuna Mohd Şərif ,Dünya, todaypress.az,