Leyla Əliyeva və Anar Ələkbərov COP29-da Azərbaycan pavilyonunda oldular - FOTO

COP

11.11.2024 15:15

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirildiyi məkana baş çəkib.

TodayPress-in məlumatına görə, onlar burada yerləşən Azərbaycan pavilyonunu ziyarət ediblər.

Qeyd edək ki, noyabrın 11-22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə ölkəmizdə baş tutur. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

tag: Leyla Əliyeva, Azərbaycan,COP29,Bakı, BMT,todaypress.az,

photo
photo
photo