Kuala Lumpurun meri: “Bəyanatlar kifayətdir, artıq konkret icraya keçməliyik”

COP

12.11.2024 13:05

Çətin çağırışlar dönəmində problemlərin həlli üçün imkanlar tapmaq lazımdır.

TodayPress xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru, Kuala Lumpur şəhərinin (Malayziya) meri xanım Maimuna Mohd Şərif COP29-da çıxış edərkən deyib.

O, indiki həssas dönəmdə çətin çağırışların qarşılanması üçün imkanlar tapılmasının vacibliyini önə çəkib:

“Bizim şəhərələrə sərmayələr qoyulmalı və şəhərlərdə karbon emissiyası azaldılmalıdır. Bu problemlərin aradan qaldırılması üçün təbiət əsaslı həllər təklif edirəm.

Biomüxtəlif şəhərlərin yaraılmasına dair təşəbbüslər irəli sürülür. 2040-cı ilə qədər təbiətdə 1,3 milyard plastik qablaşdırma tullantısı olacaq. Çətin çağırışlar dönəmində problemlərin həlli üçün imkanlar tapmaq lazımdır. Təbiətlə sülh şəraitində yaşamalıyıq. Bu məsələlərdə BMT-yə dəstək göstərilməsi vacibdir.

Üzv dövlətərə müraciət etmək istəyirəm ki, bu prosesə dərhal dəstək versinlər. Biz daha mühim nəticələrə nail ola bilərik. Bu istiqamətdə verilən bəyanatlar kifayətdir, artıq konkret icraya keçməliyik. Dünya liderlərinə müraciət edərək müharibələri dayandırmağa çağırıram”.

tag: COP29, BMT,Kuala Lumpur,Dövlət, todaypress.az,